DYP əməkdaşları bu dəfə sərnişinləri maarifləndirdi...

22 Oktyabr 2019 16:51

Baş Dövlət Yol Polisi İdarəsi qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqəti daha da artırıb. Bu münasibətlə DYPB-nin əməkdaşları Şəki avtovağzalında maarifləndirici aksiya keçirib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsinin və Şəki Avtovağzalının təmsilçilərinin də qatıldığı tədbir bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan tövsiyə xarakterli posterin bir nüsxəsi avtovağzalın divarına vurulub. Çıxış edənlər posterin məzmunu barədə sərnişinlərə məlumat verib, onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar. Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində də dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunub.