Şəkidə 16 yaşlı qız hamilə qaldı...

18 Oktyabr 2019 18:25
Erkən nikah və onun fəsadlarından dəfələrlə danışsaq da, bununla bağlı aidiyyatı qurumlar hər nə qədər təbliğat aparsa da yenə də belə hallara rast gəlinir. Növbəti hadisə Şəkidə yaşanıb. 16 yaşlı qız səhhətindəki narahatlıqla bağlı həkimə müraciət edib və məlum olub ki, 5 aylıq hamilədir.
Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb. Fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib. Belə ki, Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib. Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib. Nurcahan Qasımovanın Şəki rayonunun Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib. Faktı Bilal Babayevin anası da təsdiq edib. O, oğlu ilə gəlininin ailələrinin razılığı ilə ailə qurduqlarını bildirib. Hətta onlar üçün toy məclisi də qurulub. Ancaq Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir. Faktla bağlı araşdırmalar aparılır.