İqtisadiyyat Nazirinin müavinləri Zaqatala və Qaxda vətəndaşları qəbul edib...

17 Oktyabr 2019 18:16

İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov Zaqatalada Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul çərçivəsində vətandaşların güzəştli kreditlərin verilməsi və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib. Əkinçilik, maldarlıq, kənd turizmi və mebel istehsalı kimi sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün müraciət edən vətəndaşlara biznes layihələrinin hazırlanması, yerli potensial imkanlarının təhlil edilməsi sahəsində məsləhətlər verilib. Nazirin digər müavini Sahib Məmmədov isə Qax rayonunda Şəki şəhəri və Qax rayonundan olan vətəndaşları qəbul edib. Qəbulda qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti,güzəştli kreditlərin, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.