Şəki Məhkəmə kompleksində “Açıq qapı” günləri...

16 Oktyabr 2019 17:01

25 oktyabrın Avropada Mülki ədalət məhkəməsi günü kimi qeyd olunması ilə bağlı Şəki Məhkəmə kompleksində “Açıq qapı” günləri elan edilib. “Açıq qapı” günləri Şəki Məhkəmə kompleksində oktyabrın 24-dən noyabrın 30-dək hər həftənin 2,3 4-cü günləri keçiriləcək. Məhkəmə Kompleksində fəaliyyət göstərən Şəki Apelyasiya məhkəməsi, Şəki Ağır cinayətlər məhkəməsi, Şəki İnzibati-İqtisadi məhkəməsi və Şəki Rayon məhkəməsinin hakimləri tərəfindən icra hakimiyyəti və hüquq mühafizə orqanları, orta, orta ixtisas və ali təhsil ocaqlarının, eləcə də digər müəssisə və təşkilatların kollektivləri üçün ədalət məhkəməsinin məqsəd və məramının, ayrı-ayrı kateqoriyalı işlər üzrə şəxslərin hüquq və vəzifələrinin, bütövlükdə insan hüquq və azadlıqlarının izahı məqsədilə seminarlar təşkil ediləcək. Həmçinin müasir standartlara cavab verən Şəki Məhkəmə kompleksi ilə tanışlıq gəzintiləri də keçiriləcək. Maraq göstərən şəxslər 044 277 09 21 nömrəsi ilə əlaqə yarada və ya qeyd olunan elektron ünvana müraciət edə bilərlər. Qeyd edə ki, “Açıq qapı” günlərində saat 9-dan 18-ədək Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1004 saylı ünvanda yerləşən Şəki Məhkəmə kompleksinin inzibati binasında şəxslərin məhdudiyyətsiz qəbulu da həyata keçiriləcək. Şəki rayon məhkəməsinin yurisdiksiyasına aid olan digər rayon və şəhər sakinləri məhkəmənin səlahiyyətinə aid məsələlərlə bağlı qəbulda iştirak edə bilərlər.