İsmayıllının 4 kəndinə təbii qaz verildi...

14 Oktyabr 2019 16:32

İsmayıllı rayonunun Qalagah , Zeyvə , Soltankənd və Uştal kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Rövnəq Abdullayev bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qeyd edək ki, İsmayıllı rayonunun Qalagah kəndində 208, Zeyvə kəndində 109, Soltankənd kəndində 106 və Uştal kəndində 91 ev qazlaşdırılıb, hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub.