Ayı küçədə...

14 Oktyabr 2019 15:25

Qəbələnin Həzi Aslanov küçəsində maraqlı hadisə baş verib. Gecə saatlarında maşınla gəzintiyə çıxan bir neçə nəfər ayı balası ilə qarşılaşıb. Bir anda maşının qaşısında peydan olan balaca ayı balası maşından düşən işiqlarla çay kənarına doğru qaçmağa başlayıb. Həmin ərazi Dəmiraparan çayının sahilləridir və 300 metr uzaqlıqda sıx dağlıq və meşəlik ərazi var. Həmin ayı balasının yem axtarmaq məqsədi ilə dağdan düşərək əraziyə gəldiyi güman edilir.