Toydan çıxıb həmkəndlisinin evinə oğurluğa getdi...

11 Oktyabr 2019 17:54

Zaqatalada həmkəndlisinin evindən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan keçmiş məhkum tutulub. Zaqatala rayonu Aşağıl Tala kənd sakini yaşadığı evdən xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, şübhəli Elxan Canımov cinayəti törədən gün toy mərasimində iştirak edirmiş. O oğurluğa toy məclisindən çıxıb gedib. Cinayəti törətdikdən sonra Elxan Canımov cinayətin izini itirmək üçün yenidən məclisə qayıdıb. Faktla bağlı cinayət işi başlanılıb.