“Diqqət, uşaqlar!”

11 Oktyabr 2019 17:20

Yeni dərs ilinin başlanması ilə əlaqədar start götürən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı davam edir. Qaxda da yol polisi hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirici aksiya keçirib. Şəhərin Heydər Əliyev prospektində keçirilən aksiya zamanı polislər uşaqları yol hərəkəti qaydaları ilə bağlı maarifləndirib. Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblilər diplom təqdim edib. "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.