Tələbə ali məktəbin ikinci mərtəbəsindən yıxıldı...

10 Oktyabr 2019 16:47

Şamaxı rayonunda ali təhsil ocağında bədbəxt hadisə baş verib. Hadisə bu gün Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında qeydə alınıb. Şamaxı sakini, 20 yaşlı Daşdıyeva Nazilə Elxan qızı oxuduğu ali məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. Üçüncü kurs tələbəsi olan Nazilə Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun hansı səbəbdən pəncərədən yıxıldığı hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.