Şamaxıda kredit yarmarkası keçirilib...

09 Oktyabr 2019 16:31

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində kredit yarmarkası və təchizatçılarla görüş keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi yarmarkada müvəkkil kredit təşkilatları vətəndaşlarla görüşərək onların aqrar kreditlərlə bağlı suallarını cavablandırıb. Kredit yarmarkalarını keçirməkdə əsas məqsəd fermerləri güzəştli aqrar kredit şərtləri, eləcə də kənd təsərrüfatı texnikası və damazlıq heyvanların dövlət güzəşti ilə yeni qaydalarla satışı barədə məlumatlandırmaqdır. Tədbirdə Şamaxı rayonundan olan fermerlər, bank və kredit təşkilatları, lizinq şirkətləri, kənd təsərrüfatı təchizat şirkətləri iştirak edib. Bu cür kredit yarmarkaları ardıcıl olaraq bütün regionlarda keçirilir.