Qaxda partlayış! ANAMA araşdırma aparır...

08 Oktyabr 2019 17:55

Bu gün səhər saatlarında Qaxda partlayış baş verib. Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində qazıntı işləri aparan zaman naməlum səbəbdən partlayış olub. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Partlayış baş verən ərazi isə polis nəzarətinə götürülüb. Əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq. Hadisə nəticəsində əsarət alanlar - Nuraşvili David, Papiaşvili Beka, Beraşvili Sardino, Beraşvili Rapo, Nuraşvili Tamazi və Zeynalaşvili Camali isə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, müraciət edənlərdən 4-ünün vəziyyəti yüngül, digər ikisinin vəziyyəti isə orta ağırdır. Xəstələrin həyati təhlükəsinin olmadığı bildirilir.