Balakəndə gənclər hərbi xidmətə yola salındı...

08 Oktyabr 2019 17:16

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Mərasimdə çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Qeyd olunub ki, bu gün güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.Tədbir çərçivəsində müddəti hərbi xidmətini layiqincə başa vuran və xidmət etdiyi hərbi hissə rəhbərliyi tərəfindən tərifnamə alan iki Balakənli gəncə hərbi bilet və hədiyyələr təqdim edilib. Daha sonra çağırışçı gənclər Azərbaycanın dövlət bayrağını öpərək, musiqi sədaları altında ordu sıralarına yola salınıblar. Çağırış müddətində Balakən rayonu üzrə 70-dən çox çağırışçı həqiqi hərbi xidmətə yola salınacaq.