Gənc müəllimlərlə görüş keçirilib...

07 Oktyabr 2019 15:46

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinə yeni təyin olunan gənc müəllimlərlə görüş keçirilib. Bildirilib ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 2150 müəllim məşğul olur. Onlardan 22 nəfəri 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu imtahanında iştirak edərək, rayonun ümumtəhsil məktəblərində çalışmaq hüququ qazanıb. Yeni işə qəbul edilənlərin arasında Zaqatala rayonu ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərindən, Qax, Balakən və Oğuz rayonlarından olan gənc müəllimlər də var. Tədbirdə həmçinin Zaqatalanın təhsil işçilərinin qazandıqları uğurlar barədə də danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin direktoru Elmira Hacıyevaya “Əməkdar müəllim” fəxri adı verilib, şəhər 1 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Kəlmət Abdullayeva isə “Tərəqqi” medalı ilə təltif edilib. Tədbirdən sonra gənc müəllimlər Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərlə tanış olublar.