Nasaz sayğacı kim yeniləməlidir?

07 Oktyabr 2019 14:58
Şəkinin Baltalı kəndində bir neçə gün öncə təbii fəlakət nəticəsində ağac aşaraq qaz sayğacını sındırıb. Həmin gündən bu yana vətəndaş sayğacsız, dolayısı ilə də qazsız qalıb. Bəs, həmin sayğacı kim yeniləməlidir? Ümumiyyətlə hansı hallarda nasaz sayğac vətəndaş tərəfindən yenilənir?
Azəriqaz İB hadisənin təbii fəlakət olduğunu təsdiqləmək üçün vətəndaşın quruma arayiş təqdim etməli olduğunu deyir. Arayiş təqdim edildiyi halda sayğac heç bir ödəniş edilmədən yenisi ilə əvəzlənəcək. Ümumiyyətlə isə istənilən təbii fəlakət zamanı, yanğında və başqa oxşar hallarda sayğac sayğac ödənişsiz yenisi ilə əvəzlənməlidir. Bununla bərabər əgər sayğac hər hansı münaqişə zəminində sındırılarsa belə, vətəndaş sındırılmasını təsdiq edən arayışı təqdim edərsə məsələ tez bir zamanda öz həllini tapacaq. Azəriqaz İB-dən onuda bildirdilər ki, ümumilikdə hər 5 ildə sayğaclara baxış keçirilir, nasaz sayğaclar yoxlanılır və yeniləri ilə əvəzlənir. Ancaq burada ilk olaraq nasazlığın kimin tərəfindən törədildiyi araşdırılır. Əgər vətəndaş öz əli ilə bunu edibsə o zaman öz hesabına yeni sayğac qoymalıdır. Həmçinin yeni qaz xətti çəkdirən abonentlər də rüsumu özləri ödəməlidir. Bütün digər hallarda isə sayğac Azəriqaz tərəfindən yenilənir.