Beynəlxalq müəllimlər günü münasibəti ilə Şəki şəhər Təhsil şöbəsində tədbir keçirilib...

04 Oktyabr 2019 17:46

Tədbir Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Şəki rayon komitəsi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəhbərliyi də iştirak edib. Tədbirdə çıxış edənlər müəllim peşəsinin necə uca olduğunu bildirib və müəllimlərə daha yüksək nəaliyyətlər arzulayıblar. Sonda rayonun təhsil həyatında fərqlənən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.