Zaqatalada üstündə odlu silah gəzdirən Balakən sakini saxlanılıb...

04 Oktyabr 2019 16:34

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə keçirilən növbəti əməliyyat tədbiri zamanı Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı üzərindən 1 ədəd tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.