Sürücü idarəetməni itirdi, avtomobil aşdı...

04 Oktyabr 2019 10:59

İsmayıllı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm-İsmayıllı yolunun 5-ci kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini 56 yaşlı Mehdiyev Hicrat Musif oğlu “Toyota Prado” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq əkin sahəsinə aşıb. Hadisə zamanı sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerində hər iki xəstəyə lazımı yardım göstərilərək amblator müalicə almaq şərti ilə evə buraxılıblar.