Zaqatalada yeni tütün növləri yetişdirilir...

03 Oktyabr 2019 16:26

Tütünçülük kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Tütünçülük ənənələrinə malik bölgələrdə o cümlədən Zaqatalada bu sahənin inkişaf etdirilməsi üçün Dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Alış bazarının təşkili, subsidiya və güzəştlərlə yanaşı, yüksək keyfiyyətli məhsul almaq üçün, toxumun keyfiyyəti də olduqca vacib amillərdəndir. Bu istiqamətdə də artıq iş aparılır. Zaqatalada yerli şəraitə uyğunlaşdırılmış və yüksək keyfiyyətli yeni tütün növləri yetişdirilir. Zaqatala Bölgə Təcrübə Stansiyasında yerli torpaq və iqlim şəraitinə uyğun növlərin selleksiyası işləri aparılır. Burada 12 müxtəlif yüksək keyfiyyətli yerli və xarici tütün növləri seçilərək öz aralarında tozlandırılır. Əldə olunan yeni hibridlər bir neçə il sınaq məqsədi ilə təcrübə stansiyasında əkildikdən sonra ən keyfiyyətlisi seçilərək fermerlərə təklif ediləcək. Respublika üzrə ümumi tütün əkinlərinin 90%-dən çoxu Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür.Şəki-Zaqatala bölgəsində tütünçülüyün inkişaf perspektivləri və həlli yollarına hər edilən təlim seminarda Əkinçilik Elmi Tədqiqat İnstitutunun alim və mütəxəssisləri, Kənd Təsərrüfatı nazirliyinin, tütün emalı ilə məşğul olan şirkətin nümayəndələri və tütünçü fermerlər iştirak edib. Seminarda tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsi sahəsində görülən işlər, tütünün selleksiyası və ilkin toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsindən danışılıb. Diskussiya şəklində davam edən seminar çərçivəsində fermerlər çıxış edərək qarşılaşdıqları çətinliklərlə bağlı təkliflər irəli sürüb. Qeyd edək ki, Şəki-Zaqatala bölgəsi üzrə 15 min ton yaş tütünün yığılacağı gözlənilir.