Şəhid Aqşin Abdullayevin adını daşıyan küçənin açılışı olub...

01 Oktyabr 2019 17:20

Şəkidə şəhid Aqşin Abdullayevin adını daşıyan küçənin açılışı olub. Açılış Aqşin Abdullayevin doğum gününə təsadüf edib. Küçədə şəhidə aid güşə yaradılıb. Açılışda şəhidin ailəsi, döyüş yoldaşları, şəhər rəhbərliyinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhid Aqşin Abdullayevin şücaətindən, vətənə olan sevgisindən söz açıb. Həmçinin məktəblilər şəhidin xatirəsini şeirlərlə yad ediblər. Çıxışlardan sonra Aqşin Abdullayevin adını daşıyan lövhələr vurulub. Tədbir Şəki Qarışıq Tipli uşaq evində davam edib. Hərbiçilər və Aqşin Abdullayevin valideynlərinin iştirakı ilə uşaq evində şəhid Aqşin Abdullayevlə eyni gündə doğulmuş 8 uşağın doğum günü qeyd edilib. Uşaqlara diplomlar və hədiyyələr verilib, tort kəsilib. Tədbir əyləncəli proqramla davam edib.