Beynəlxalq Ahıllar günü Zaqatalada qeyd edilib...

01 Oktyabr 2019 16:17

1 oktyabr Beynəlxalq Ahıllar günü Zaqatalada qeyd edilib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, Azərbaycanda yaşlı insanların problemlərinə həssas yanaşılır. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Tədbirdə çıxış edən ahıllar da onlara göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər. Bədii hissə ilə davam edən tədbirin sonunda ahıllara hədiyyələr təqdim edilib.