Zaqatalada 6 yaşlı uşağı it dişləyib...

01 Oktyabr 2019 13:23

Rayonun Yolayrıc kənd sakini Xalid Diniyev it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xalid Diniyevə yaşadığı evin yaxınlığında küçədə it hücum edərək sağ aşağı ətrafın bud nahiyəsini dişləyib. Xəstəxanadan verilən məlumata görə, ona lazımi tibbi yardım göstərilib, yarası tikilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.