BMT modeli üzrə üçüncü yay məktəbi Şamaxıda keçirildi...

27 2019 18:02

Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində BMT modeli üzrə üçüncü yay məktəbi keçirilib. Şamaxı rayonunda təşkil olunan yay məktəbinə seçilən gənclər diplomatiya və beynəlxalq əməkdaşlıq, habelə BMT-nin müxtəlif qurumlarının iş prinsipləri haqqında biliklərini artırmaq, öz fərdi və professional bacarıqlarını inkişaf etdirmək və yeni əlaqələr qurmaq imkanı əldə ediblər. Üçüncü yay məktəbində “Mövcud ticari vəziyyətin dünya iqtisadiyyatına təsiri”, “Tanınmamış və mübahisəli ərazilərdə turizm”, “III Dünya müharibəsinin astanasında” mövzuları üzrə simulyasiyalar olub. Sessiyalar ingilis dilində keçirilib.