Qəbələdə yeni layihəyə start verilib...

27 2019 15:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı müsabiqənin davamı olaraq Qəbələdə yeni layihəyə start verilib. Layihənin əsas məqsədi bağçalara yerləşdirilməsi mümkün olan uşaqlar istisna olmaqla, 3-12 yaş arasında çətin şəraitdə yaşayan 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarətdir. Bildirilib ki, bu uşaqlara, həmçinin gündəlik sosial və psixoloq xidmətləri də göstəriləcək. Layihə çərçivəsində uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla, müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.