“Avropa İrs Günləri”

26 2019 16:17

Mədəniyyət Nazirliyinin təşəbbüsü, Qəbələ rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Tarix Bədii Qoruğunun təşkilatçılığı ilə qoruq ərazisində “Avropa İrs Günləri”nə həsr edilmiş tədbir keçirilib. Çıxış edənlər tarixi ərazilərdə belə tədbirlərin təşkil edilməsi, məktəblilərin açıq tarix dərslərinin keçirilməsini gənc nəslin tarixi biliklərə daha mükəmməl yiyələnməsində önəmli rolu olduğuna diqqət çəkiblər. Sonra tədbir bədii proqramla davam edib. Qəbələ Mədəniyyət Mərkəzinin “Muğam üçlüyü”, “Zopu-zopu” Folklor Etnoqrafik rəqs qrupu və digər musiqi məktəb şagirdlərinin ifası maraqla qarşılanıb. Tədbirdə həmçinin Qəbələ rayon Dövlət Rəsm Qalareyasının fonduna aid rəsm əsərləri, yerli sənətkarların əl işləri və kitablardan ibarət sərgilər nümayiş edilib. Sonda tədbirin fəal iştirakçıları fəxri fərmanla təltif ediliblər.