Qoz yığmaq istəyərkən canından oldu...

26 2019 14:51

Şamaxı sakini qoz ağacından yıxılaraq ölüb. Hadisə şəhərin Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb. Rayon sakini, 50 yaşlı Baloğlanov Elsevər Qafur oğlu qoz yığmaq üçün ağaca çıxıb.O, ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməyilə xəstəxanaya aparılan yaralı yolda ölüb.Faktla bağlı araşdırma aparılır.