Qaxda narkotik əkən Balakən sakinləri tutuldu...

26 2019 13:10

Balakəndən Qaxa gəldilər, meşədə narkotik əkdilər. Polis isə onların arzusunu ürəklərində qoydu... Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, rayonun Qarabaldır kəndi ərazisində, meşə zolağında ümumi çəkisi 3 kiloqram 365 qram olan 18 ədəd çətənə bitki kolları aşkar edilib. Həmin kolları yetişdirən Balakən rayon sakinləri 44 yaşlı Elman Həbilov və 47 yaşlı İlqar Qebedov elə iş başında yaxalanıblar. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.