Qoz ağacından yıxıldı, ağır xəsarət aldı...

23 2019 13:54

 Qoz ağacından yıxılan Zaqatala sakini ağır xəsarət alıb. Hadisə rayonun Faldar kəndində baş verib. ​Kənd sakini,​ 29 yaşlı Samir Əliyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun müalicəsi xəstəxananın Cərrrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.​