Şəkidə Polşa vətəndaşı qəzaya düşdü...

18 2019 13:31

Hadisə Şəkinin Qoxmuq kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb. Qax istiqamətində hərəkətdə olan polşa vətəndaşı Daniyel Mateus idarə etdiyi motosikletlə qarşıdan gələn və Qoxmuq kənd sakini Musa Daşdəmirovun idarə etdiyi moskvic markalı avtomobillə toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin qarşıdan gələn nəqliyyat vasitəsini gözləmədən dönmə əməliyyatını yerinə yetirməsi olub. Nəticədə motosiklet avtomobilin sağ tərəfinə çırpılıb. Daniyel Mateus müqavimətini itirərək yerə yıxılıb. O, dərhal Şəki RMX-na çatdırıbıb, ilkin tibbi yardım göstərilib. Şəki RMX-dan bildirilib ki, Daniyel Mateus sol gözü və sağ dizindən yüngül xəsarət alıb. Lazımı yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılacaq. Faktla bağlı araşdırma aparılır.