Basqalda 432 şagird yerlik yeni məktəb binası istifadəyə verildi...

17 2019 17:18

İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər. Təhsil naziri məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb. İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbi 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyaları, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir.