“Ulduzlar və planetlər fizikası”

17 2019 15:38

Şamaxıda Astrofizika Rəsədxanasının 60 illik, Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilir. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edir. Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir. Sentyabrın 20-dək davam edəcək konfransda kainat və onun struktur elementlərinin fizikası sahəsində əldə olunmuş son elmi nəaliyyətlər müzakirə olunacaq. Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə konfransda onların çıxışlarına da geniş yer ayrılıb.