Qaxda yol qəzası baş verib...

17 2019 11:23

Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Qorağan-Qax avtomobil yolunun 5-ci kilometrliyində, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.Əlibəyli kənd sakini Vaxtanqi Canaşvilinin idarə etdiyi minik avtomobili hərəkətdə olduğu zaman sürücü idarəetməni itirib , nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.