Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb...

16 2019 17:39

Hadisə Mirzə Fətəli Axundov adına istirahət parkında baş verib. 2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Dursunova atraksiondan yıxılaraq ağır xəsarət alıb. O, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəki RMX-dan verilən məlumata görə Xəyalə Dursunovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda Xəyalə Dursunova reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Xəyalə Dursunova Şəki Pedaqoji Kollecinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.