Mehriban Əliyeva Şamaxıda yenidən tikilərək sakinlərə təhvil verilən evlərə baxış keçirib...

16 2019 15:09

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində, zəlzələ səbəbindən yararsız hala düşən və yenidən tikilərək sakinlərə təhvil verilən evlərə baxış keçirib. Şamaxı rayon Muğanlı kənd sakini Zamiq Səfərovun mənzili zəlzələ səbəbindən qəzalı vəziyətə düşən evlər sırasında olub. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıya səfəri çərçivəsində Muğanlı kəndinə gələrək Səfərovlar ailəsinin sevincinə də şərik olub. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evin yerində inşa olunan yeni mənzilə baxıb. Bundan əlavə birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, həmin zəlzələ zamanı Şamaxı ilə yanaşı, İsmayıllı və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi.