İsmayıllı rayonunda ayı həyətə hücum edərək kənd sakinini yaralayıb...

16 2019 13:35

Ayı İsmayıllı sakinini öz həyətində parçalayıb. Hadisə rayonun Xanagah kəndində qeydə alınıb. Xanagah kənd sakini 69 yaşlı Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu toplayarkən qəflətən ayının hücumuna məruz qalıb. Xəsarət alan İsmayıl Rəsulov təcili olaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb. Qeyd edək ki, hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas ediblər. Ayı qaçaraq həyəti tərk edib.