”Aflatoksinsiz fındıq istehsalının yolları”

12 2019 15:01

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Zaqatalada fındıq istehsalçıları və ixracatçıları üçün maarifləndirici təlim-seminar keçirib. ”Aflatoksinsiz fındıq istehsalının yolları”mövzusunda keçirilən seminarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarından olan fermerlər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd bitkiçilik məhsullarının beynəlxalq dövriyəsini məhdudlaşdıran amillər, fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, məhsulda aflotoksinin yaranma səbəbləri və digər mövzular barədə istehsalçıların maarifləndirilməsi, nəticədə ölkədə qida təhlükəsizliyinin təmin edilməsidir. Çıxış edən fermerlər fındıq yığımı mövsümündə bu cür təlim-seminarın bölgə üçün çox əhəmiyyətli olduğunu, keyfiyyətli və bol məhsulların istehsalında öz töhvəsini verəcəyini vurğulayıblar. Təlim seminar verilən sualların və qaldırılan məsələlərin geniş müzakirəsi ilə davam edib. Sonda fındıq istehsalçıları və ixracatçılarına bukletlər paylanılıb.