"Əsrlərin mirası- Qafqaz Albaniyası"

11 2019 14:44

Bakı Gənclər klubu ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Əsrlərin mirası- Qafqaz Albaniyası" adlı layihə həyata keçirir. Layihənin məqsədi - gənc nəsli qədim Qafqaz Albaniyasının tarixi və mədəni irsi ilə yaxından tanış etmək, həmin dövrə aid olan tarixi abidələr haqqında maarifləndirməkdir. Layihə ishtirakçıları - 21 nəfər- əsasən Bakı Dövlət Universitetinin Tarix fakultəsi və diger ali təhsil ocaqlarının tələbələrindən ibarətdir. Layihə çerçivəsində- Şəki, Qax, Oğuz və Qəbələ rayonlarəna səfərlər təşkil olunacaq.