Zaqatalada ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilib...

10 2019 15:27

Görüşdə Respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, digər bölgələr kimi Zaqatalada da hər il inşa edilən və əsaslı təmir edilən təhsil ocaqları, müəllimlərin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər və eləcə də uğurlu təhsil islahatları öz bəhrəsini verir. Bu il rayon üzrə 473 nəfər ali məktəbə qəbul olan tələbədən 16-sı 600-dən,50-dən çoxu isə 500 baldan yüksək nəticə göstərib. Tədbir çərçivəsində rayon üzrə ən yüksək nəticə göstərən Fazil Səfərov və 600-dən yüksək bal toplayan hər bir məzuna qiymətli hədiyyələr təqdim edilib.