Oğuzun Xaçmazqışlaq kəndinə sel gəldi...

09 2019 15:00

İki gündür yağan güclü yağışlar nəticəsində Oğuzun Xaçmazqışlaq kəndinə sel gəlib. Nəticədə şəxsi təsərrüfatlara, fındıq bağlarına, eləcə də körpülərə ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, bir anda başlayan güclü leysan suyun seviyyəsinin qalxmasına səbəb olub və kənd sakinlərinin istifadə etdiyi arxlarda olan sular həyətlərə düşüb. Yığılmlş fındıq və digər meyvələr su altında qalıb. Su sakinlərdən birinin 1 tona yaxın fındığını aparıb. Bununla yanaşı kəndin bir neçə körpüsü dağılaraq istifadəsiz hala düşüb. Hazırda ərazidə su meliorasiya idarəsinin əməkdaşları və texnikası arxların təmizlənməsi və keçidlərin bərpası ilə məşğuldur.