Şəkidə 4 otaqlı evdə yanğın...

09 2019 12:21

Şəkidə 4 otaqlı evdə yanğın baş verib. Hadisə Şəkinin Dodu adlanan ərazisində, Lev Talstoy küçəsində qeydə alınıb. 42 yaşlı Mətanət İsmayılovaya məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1.5 ton ot bağlaması yanıb. Hadisə yerinə dərhal Şəki Dövlət yanğından mühafizə hissəsinin briqadaları cəlb edilib. Yanğının qarşısı vaxtında alınıb və evin qalan hissəsi yanğından mühafizə olunub.