Şəkidə yüksək bal toplayan məzunlar ictimaiyyətə təqdim olunub...

03 2019 13:40
Şəkidə ali məktəblərə yüksək bal toplayaraq qəbul olunmuş məzunlar ictimaiyyətə təqdim olunub. Heydər Əliyev mərkəzində keçirilən tədbirə şəhər rəhbərliyi, təhsil şöbəsinin rəhbərliyi, digər idarə və qurumların nümayəndələri və yüksək baş toplamış məzunlar qatılıblar. Çıxış edənlər Şəkidə təhsilə çox yüksək diqqət yetirildiyini və bu istiqamətdə də mütəmadi işlərin görüldüyünü qeyd ediblər. Bildirilib ki, hazırda Şəki və kəndlərində bir çox təhsil ocağı təmir edilir və ya yenisi inşa edilir. Həmçinin şagird sayının az olduğu kəndlərdə də modul tipli məktəblər quraşdırılaraq sakinlərin istifadəsinə verilir. Bununla bərabər geridə qoyduğumuz təhsil ilində Şəkidə 850 nəfərin tələbə adını qazandığı, onlardan 140 nəfərin 500-dən yuxarı bal topladığı bildirilib. 79 nəfərin isə daha yüksək nəticə göstərdiyi qeyd edilib. 5 məzun respublika olimpiadasından 4 qızıl və bir gümüş medallarla qayıdıb. Daha sonra tədbirin bədii hissəsi start götürüb. Səhnəyə çıxan balacalar şeirlər deyib. Bundan sonra isə məktəbə aid musiqilər səslənib və mahnılar ifa edilib.