Dünya çempionu Zaqatalada coşğu ilə qarşılandı...

02 2019 15:35

Kung-Fu Sanda idman növü üzrə Dünya çempionunu adını qazanmış Zaqatala rayon Paşan kənd sakini 26 yaşlı İsrafil Şabanov doğma kəndində coşqu ilə qarşılanıb. Kənd sakinləri, idman azarkeşləri, rayon gəncləri eləcə də çempionun yaxınları səhər saatlarından Makov kənd dəmiryol stansiyasına toplaşaraq qələbə sevincini bölüşüblər. Ədliyyə Nazirliyi Pentensiar xidmətin Mühafizə alayının Xüsusi Təyinatlı bölüyünün əməkdaşı İsrafil Şabanov dəfələrlə Respublika çempionu adını qazanıb. Azərbaycan Kung-Fu Fedarasiyasının 1 nömrəli idmançısı Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yığma komandanın tərkibində Rumınyanın Konstanta şəhərində keçirilən dünya çempionatında iştirak edib. 1-ci döyüşdə Almanya, 2-ci döyüşdə Rumınya idmançısına qalib gələn gənc idmançı finalda Belçikalı rəqibini ilk raundda nakautla məğlub edərək dünya çempionu adını qazanıb.