Şamaxıda Azərbaycan Üzüm və Şərab festivalı başladı...

30 2019 16:02

Rayonun Meysəri kəndində keçirilən festival Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır. Festiaval Azərbaycanda şərab istehsalının inkişafına dair dəyirmi masa ilə start götürüb. Tədbirdə çıxış edənlər üzümçülüyün inkişafı istiqamətində görülən işlərdən, gələcək inkişaf planlarından danışıblar. Bildirilib ki, bu gün üzümçülük və şərabçılığın inkişafına xüsusi diqqət ayrılır, bu sahənin daha da böyüməsi üçün müxtəlif dövlət proqramları qəbul edilir. Həmçinin yüksək məhsuldarlıq əldə etmək və nəticələri daha da artırmaq üçün üzümçülüyə xüsusi diqqet yetirilir. Tədbirdə bu sahənin yenidən çiçəklənməsi istiqamətində görüləcək işlərə dair geniş müzakirələr də aparılıb.