Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul etdi...

30 2019 15:57
Səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasında Qəbələ və Oğuz rayon sakinlərini qəbul edib. Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.