Zaqatala bazarında yanğın!

20 2019 11:53

Zaqatalada bazar ərazisində yanğın olub. Hadisə bazarın kənarında kol-kos və quru ot olan hissəsdə baş verib. Əraziyə Fövqaladə hallar NazirliyininZaqatala rayon Dövlət Yanğından Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı sahibkarlara məxsus ticarət obyektlərinə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində 500 kv/m sahədə kol-kos, tullantılar və quru ot yanıb. Faktla bağlı araşdırma aparılır.