Bu il arıçılıqda məhsuldarlıq boldur...

19 2019 15:40
Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Son illər respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qəbələ rayonunda da kənd təsərrüfatının digər sahələri kimi arıçılıq ilbəil inkişaf edir.
27 ildir Azərbaycanda yaşayan, Türkiyə vətəndaşı Turan Levent arıçılıq təsərrüfatı ilə məşğuldur. Arı ailələrini Qəbələ rayonunun ucqar dağlıq ərazidə, sıx meşələrlə əhatə olunan Çömçəli bulaqda yerləşdirən Turan Levent uzun illərdir dədə-babadan qalan irsi yolu davam etdirir, təsərrüfat yaradaraq arıçılıqla məşğul olur. O arıların mövsümə daha sağlam və məhsuldar çıxmasını onlara göstərilən diqqət və qayğının, eləcə də, zərərvericilərə qarşı bütün zootexniki tədbirlərin vaxtında aparılmasının nəticəsi oldugunu deyir. Arıçı deyir ki, arı ailələrinin gəzdirilməsi həm məhsuldarlığın yüksək olmasına həm də, onun keyfiyyətinə müsbət təsir edir. Artıq bir həfdədir ki, fermer bal süzümü dövrünə başlayıb. Arıçı hər arı ailəsindən orta hesabla 20- 25 kiloqram bal süzə biləcəklərini deyir. O həmçinin uzun illərin təcrübəsini digər arıçılarla da bölüşür. Təbiətin möcüzəsi hesab edilən arının adı gələndə hamının yadına bal düşür. Ancaq çox az insan bilir ki, bal arınnın istehsal etdiyi məhsullardan yalnız biridir. Arının fəailiyyəti nəticəsində 6-növ məhsul alınır. Bal ilə çiçək tozunun qarışığından hazırlanan məhsul isə güləm adlanır. Güləm müxtəlif xəstəliklərin eləcə də, kişi və qadın sonsuzluğunun aradan qaldırılmasında daha çox istifadə olunur. Arıçı arıçılığın inkişaf etdirilməsi üçün görülən işləri həvəslə qeyd edir. Son illər bu sahəyə ayrılan güzəştli kreditlər sayəsində də Qəbələdə arıçılıqla məşğul olanların sayı artıb. Hazırda rayon üzrə arıçıların ümumi sayı 576 nəfərdir. Ümumilikdə isə 7769 arı ailəsi var. Balın qiymətinə gəldikdə isə bu il 25-30-manat arasında dəyişir.