Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi silsilə tədbirlərlə qeyd olunur...

15 2019 15:28
Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi silsilə tədbirlərlə qeyd olunur. Belə tədbirlər şimal-qəb bölgəsində də təşkil olunub. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Qaxda elmi-praktik konfrans kecirilib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqiəlik yad edilib.Konfransda məruzələr dinlənilib, dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolundakı tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan bəhs edilib. Tədbirin sonunda Ülü Öndərin həyat fəaliyyətini əks etdirən filim nümayış etdirilib.
Zaqatala rayonunda da Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi qeyd olunub. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini anıblar. Ardınca Heydər Əliyev Mərkəzində elmi praktiki konfrans keçirilib. Zaqatala rayon fəallarının iştirak etdiyi tədbirə dövlət himni səslənnməsi ilə start götürüb. Çıxış edənlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışıblar.
İsmayıllıda Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi silsilətədbirlərlə qeyd olunur. Rayonun Lahıc qəsəbəsində, Diyallı, Soltankənd, Kürdmaşı, Qurbanəfəndi, Bizlan kəndlərində də ulu öndərin hakimiyyətə gəlməsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. İsmayıllıda ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş zirvə toplantısından əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Bayram təntənəsi İsmayıllı şəhər Mədəniyyət Mərkəzində davam edib. İlk olaraq Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə və filmə baxılıb. Bildirilib ki, ümummilli liderin bölgələrə səfərləri o yerlərə 15-20 ilin inkişafını gətirirdi, çoxistiqamətli inkişafın hərəkətverici qüvvəsinə, möhkəm təməlinə çevrilirdi. Belə diqqət və qayğı siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən intensiv olaraq davam etdirilir. Tarixçilər Mehdi Məmmədov və Ramiz Baloğlanov Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi Xatirə medalı ilə təltif olunublar. Medalları İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov təqdim edib.

Şamaxı rayonunda da ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü qeyd edilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Sonra rayonun mədəniyyət evində keçirilen Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri xalqın böyük xilaskarının xatirəsini ehtiramla yad ediblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışılıb, ölkəmizin inkişaf və tərəqqisinin ulu öndərin adı ilə bağlı olduğu bildirilib. Tədbirdə müasir Azərbaycan tarixinin yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə ölkəmizin möhtəşəm nailiyyətlər qazandığı vurğulanıb.