Şəkinin Xan Sarayında Xan çinarın budağı qırılaraq turistlərin üzərinə aşdı: 19 yaralı...

14 2019 16:48

Şəkinin Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Hadisə saat 12 radələrində baş verib. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisə zamanı yaralananların adları açıqlanıb. Onlar - Rusiya vətəndaşları - 79 yaşlı Sevinc Soltanova, 15 yaşlı Laçın Soltanova, Suriya vətəndaşları - 21 yaşlı Sara Hasan, 67 yaşlı Farik Al Hasan, 16 yaşlı Mariya Al Hasan, 54 yaşlı Samira Al Hasan, 31 yaşlı Galia Al Hasan, Azərbaycan vətəndaşları - 36 yaşlı Səbinə Rəsulova, 26 yaşlı Elxan Məmmədov, 31 yaşlı Səkinə Məmmədova, 24 yaşlı Validə Teymurova, 23 yaşlı Fərid Ağayev, 24 yaşlı İlkin Məmmədov, 25 yaşlı Zemfira Məmmədova, 51 yaşlı Naibə Hüseynova, 58 yaşlı Məryəm Cəfərova, 40 yaşlı Könül Niftalıyeva, 49 yaşlı Yasəmən Xasiyeva, 32 yaşlı Xatirə Ağamalıyevadır. Səhiyyə nazirliyinin məlumatına görə, Bakı şəhərindən FHN-in helikopterləri vasitəsi ilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar, Ekalogiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri də Şəki şəhərinə ezam olunublar. Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.