Şamaxı rayonunun Birinci Çaylı kəndinin sakinləri artıq yol problemi yaşamayacaq...

12 2019 16:12

Dağlıq relyefə malik Şamaxı rayonunun Birinci Çaylı kənd sakinlərinin rayon mərkəzi ilə gediş-gəlişdə üzləşdiyi çətinliklər arxada qalxacaq. Rayonun Göylər, I Çaylı, Laləzər, Quşcu kəndləri təmir olunsa da kənddaxili yollar keçilməz idi. Yerli bələdiyyə hesabına asvaltlanan yeni yolun çəkilişinə bir neçə gündür ki, başlanılıb. Yeni çəkilən yolun eni 5 metr, uzunluğu 2.5 km-dir. Görülən işlər əsasən qış aylarında çətinliklərlə üzləşən sakinlərin ürəyincədir. Qeyd edək ki, yeni yolda işlərin 10 gün müddətinə tamamlanması nəzərdə tutulur.