Qaxda iki avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı...

11 2019 13:57

Səhər saatlarında Qaxda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində Zaqatala rayon sakini 64 yaşlı Məmmədvəli Nəsibovun idarə etdiyi avtomobillə Qaxın Almalı kənd sakini Elmir Əliyevin sükanı arxasında olduğu digər minik avtomobili toqquşub. Nəticədə ikisi orta-ağır olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayonun Almalı kənd sakinləri 49 yaşlı Elmir Əliyev, 54 yaşlı Əhməd Əfəndiyev, 20 yaşlı Çinarə Musayeva , 58 yaşlı Züleyxa Nəsibova və 54 yaşlı Zərnigar Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.