KOB dostları Şamaxıda...

11 2019 11:16

Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sayca 14-cü Kiçik və Orta Biznesin Dostu fəaliyyətə başlayıb. Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdı” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verib. “KOB Dostu” mexanizmi agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndi və 2018-ci ilin sentyabrından etibarən tətbiq olunub. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subye-ktlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir. Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonları-nda da KOB dostlarının fəaliyyət göstərəcəyini bildirib. Tədbir iştirakçıları həmçinin, Şamaxıda Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. Ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.